Axtarış...

Azərbaycan Banklar Assosiasiyasından koronavirus açıqlaması



“Hazırda qlobal səviyyədə narahatlığa səbəb olmuş və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilmiş COVİD-19 virusu onun təmas etdiyi səthlərə toxunulma vasitəsi ilə də yoluxmaya səbəb ola bilir”.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, bu səbədən xüsusilə də insanların çox toplaşdığı ərazilərdə quraşdırılmış bankomatlardan istifadə etməklə nağdlaşdırma əməliyyatı aparılan zaman bankomatın düymələrinə toxunmaq zərurəti yarandığı üçün hər istifadədən sonra əllərin ciddi şəkildə yuyulması və ümumiyyətlə zərurət olmadıqda bankomatdan istifadənin minimuma endirilməsi tövsiyə edilir.

“Həmçinin ÜST-nin araşdırmalarına əsasən bu kimi virusların kağız əskinaslarla yayılmasının mümkünlüyünü nəzərə alaraq, ödəniş kartı istifadəçilərinin ticarət və digər obyektlərdə ödənişlərini POS-terminallar vasitəsilə nağdsız formada həyata keçirməsi məqsədəuyğundur.

Qeyd edək ki, POS-terminallarda 50 manat və ondan aşağı məbləğlərdə PİN-kod daxil etmədən əməliyyatın aparılması mümkündür. Yəni ödəniş kartını ticarət obyektlərinin kassirinə təqdim etmədən yalnız POS-terminala yaxınlaşdırmaqla


Daha çox xəbər

Şərh yaz