Axtarış...

Şəkinin Dezinfeksiya mərkəzindən biabırçı görüntülər - FOTOLAR

Şəkinin Dezinfeksiya mərkəzindən biabırçı görüntülər - FOTOLAR


Koronavirus (COVİD-19) səbəbilə bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da profilaktiki tədbirlərin və dezinfeksiya işlərinin əhəmiyyətinin artdığı bu günlərdə Şəki əhalisi narahatlıq içindədir. Buna səbəb isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərkibindəki Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Şəki rayon profilaktiki dezinfeksiya şöbəsinin binasıdır.

Rayon sakinlərinin "Yeni Sabah”a göndərdiyi şəkillərdən də aydın görünür ki, bina yararsız vəziyyətdədir. Belə ki, binanın bəzi divarları uçub, pəncərələrin çoxu sınıqdır, ümumiyyətlə bina çirk və pas içindədir. Tərk edilmiş məkanları xatırladan uçuq-sökük bu binada gigiyeniya qaydalarına necə əməl olunduğu isə sual altındadır.

Binanın fotolarını təqdim edirik:







Daha çox xəbər

Şərh yaz