Axtarış...

Daha bir icra başçısı da "DOST"a xəyanət edib... - İTTİHAM



Musa Şəkiliyev barəsində maraqlı məlumat paylaşıb. Cavanşir Həsənlinin həmin paylaşımının ictimai əhəmiyyətini nəzərə alıb, heç bir şərh vermədən ozucularımıza təqdim edirik.
Cavanşir Həsənli yazır: “Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.
Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?”
Daha bir icra başçısı da "DOST"a xəyanət edib... - İTTİHAM

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdıqlarından belə məlum olur ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev indiyə kimi dövlət büdcəsindən Qaxa ayrılmış vəsaiti özünə yaxın şəxsin adı ilə mənimsəyib.

Dia.az olaraq Qax rayonu İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırdır.


Daha çox xəbər

Şərh yaz