Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində həkim rüşvət aldı, işdən qovuldu - VİDEO



Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib. Bu barədə videogörüntü milletinsesi.info-ın redaksiyasına daxil olub.

Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb.

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib.

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:

“Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.

[media=]
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət