Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ

Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ
Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.

Məlumatı verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.

İxa.az-in əldə etdiyi məlumata görə, avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobildə, Vüsal Nuriyevin yaxın tanışı olan xanımın da yüngül xəsarətlər aldığı deyilir.

Avtomobil hazırda Saray yolunda yerləşən “Cərimə meydançası“nda saxlanır.

“Cərimə meydançası“ının işçiləri də faktı təsdiqləyiblər.

Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.

Bldirək ki, hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.

İddialara görə, Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Deyilənə görə xalası oğludur.
[img]https://i2.wp.com/d9mc3ts4czbpr.cloudfront.net/media/images/Image_from_iOS_124.width-1024.jpg?ssl=1[/img]

[img=left]https://i1.wp.com/d9mc3ts4czbpr.cloudfront.net/media/images/Image_from_iOS_123.width-1024.jpg?ssl=1[/img]
Onuda qeyd edək ki, hadisə yerində ölən qadının kimliyi hələlik məlum deyil."Meydan TV"
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət