Axtarış...

Şəmkirin icra başçısının rüşvət tələbi əhalini təngə gətirib - İTTİHAM

Şəmkirin icra başçısının rüşvət tələbi əhalini təngə gətirib - İTTİHAM

Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun adı yeni qalmaqalda hallanır. Bu haqda bir qrup təhsil işçisi DİA.AZ-a məktub yazıb. Məktubda qeyd olunur ki, Şəmkir rayon təhsil işçiləri Alimpaşa Məmmədovun qanunsuz tələbləri ucbatından əziyyət çəkirlər. İddiaya görə Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov və rayon Təhsil Şöbəsinin müdiri məktəblərdən qanunsuz rüşvət tələb edirlər.

Sitat: “Hazırda məktəblərin koronavirusa görə tətilə buraxılmasından istifadə edilərək hər məktəb direktoru 1500-2000 manat Təhsil Şöbəsinə haqq verməlidir. Və bu rəqəm ümumidir. Yəni dərs ilinin sonuna qədər. Amma birbaşa olaraq təzə tapşırıq isə budur ki, dərs ili bərpa olunana kimi məktəblər 500 manat pul verməlidir. Qeyd edək ki, Şəmkir rayonunda 79 məktəb var. Alimpaşa Məmmədov icra başçısı kimi məktəblərə də çox müdaxilə edir. Yerli-yersiz yoxlamalar, tədbirlər müəllimlərlə bərabər şagirdləri də narahat edir”.

Alimpaşa Məmmədovla bağlı təxminən eyni məzmunlu şikayətlər zaman-zaman olub. Alimpaşa Məmmədov 2018-ci ilin ilk iş həftəsində rayondakı idarə və təşkilatların müdirlərinə xəbər yollamışdı. Onlardan rayonda görüləcək işlər və yeni il ərəfəsi keçirilən bayram tədbirinin xərclərinin qarşılanması üçün dəstək istəmişdi. Həmin günlərdə yayılan xəbərlərə görə Şəmkirdəki idarə və təşkilatların rəhbərlərindən 3-5 min manat arası pul tələb olunurdu.

Bu baxımdan Alimpaşa Məmmədovun təhsil işçilərindən “yığım” tələbi də inandırıcı görünür.


Daha çox xəbər

Şərh yaz