Axtarış...

Penitensiar xidmətin KORONAVİRUS MÖHTƏKİRLİYİ... - İDDİA



Koronavirus təhlükəsilə əlaqədar beş gündür ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində məhbuslarla görüşlər və onlara sovqat çatdırılması qadağan edilib. Yaxınları məhbusların qida problemilə üzləşdiyini deyir. Bildirirlər ki, həbs yerlərində saxlanılan şəxslərin böyük əksəriyyəti yaxınlarının gətirdiyi sovqat hesabına qidalanır. Yaxud cəzaçəkmə müəssisələrində yerləşən kiçik dükanlardan qida məhsulları və başqa tələbat mallarını alırlar. Amma o dükanlarda da qiymətlər çox baha olur. İddiaya görə, əvvəl onsuz da baha olan qiymətlər sovqat qadağasından sonra bir az da artıb.

“Həbsxanalarda vəziyyət bir-iki günə lap kritik həddə çatacaq. Qadağaya qədər gətirilən ərzaqlar bitmək üzrədir. Həbsxana dükanlarında satılan ərzaqlar bayırdakından bir neçə dəfə baha satılır. Dustaqlarımız kimlərəsə yük olmaqdansa, ac qalmağa üstünlük verirlər. Biz azadlıqda birtəhər dolanırıq, əlləri-qolları hər yerdən üzülmüş məhbuslar nə etsin?”, - deyə şikayətçi olan məhbus yaxınlarından biri bildirib.

Məhbus yaxınları həmçinin hermetik qablaşdırmada olan, mütləq bişirilməli çiy məhsulların qəbuluna icazə verilməsini, müəssisə daxilindəki mağazalarda qiymətlərin aşağı salınmasını istəyir: “Məhbuslara verilən yeməklərin keyfiyyətini nəzərə alsaq, sovqatsız qalan məhbusların qidalanmasında hansı çətinliklərlə üzləşdiklərini təsəvvür etmək çətin deyil”.

Dia.az


Daha çox xəbər

Şərh yaz