Axtarış...

Türkmənistan Prezidentinin şərəfinə ziyafət verildi - FOTO



Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə rəsmi ziyafət verilib.

Bu barədə AZƏRTAC xəbər verir.

Bununla da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.



Şərh yaz