Azərbaycan XİN rəsmisindən İdlib böhranı ilə bağlı AÇIQLAMA



“Həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ölkələrdir”.

Bunu APA TV-yə müsahibəsində Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

X.Xələfov bildirib ki, Azərbaycan İdlib böhranının tezliklə diplomatik yolla tənzimləməsinin tərəfdarıdır:

“Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva səfərini və bu səfər çərçivəsində əldə olunmuş razılaşmaları yüksək qiymətləndiririk. Suriyada yaranmış vəziyyət diplomatik yolla həllini tapmalıdır. Bu, təkcə gərginləşmə ilə bağlı deyil, eyni zamanda humanitar böhranın yaranmasına yol açan problemdir.

Ölkələr bu sahədə əldə olunmuş razılaşmalara riayət etməlidir. Suriyada vəziyyətin gərginləşdirilməsinə, qarşıdurmanın artmasına, müharibənin qızışdırılmasına yol verilməməlidir”.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət