Axtarış...

Səfər Mehdiyevin iflası - büdcə gəlirləri azalır, qaçaqmalçılıq artır



2020-ci ilin başlanğıcından bəri Azərbaycan Dövlət Gömrük Komitəsinin büdcə öhdəliklərində ciddi kəsrlər yaranıb. Büdcə ödənişlərinin yerinə yetirilməsində problemlər var. Dünyada baş verən prosseslər, koronavirusun yayılması ilə bağlı olaraq ticarət dövriyyəsinin zəıfləməsi, Azərbaycanın İran və Çinlə ticarət dövriyyəsində baş verən kiçilmə və məhdudiyyətlər nəticə etibarilə də gömrük ödənişlərinin azalmasına səbəb olub.

Bütün bunlar təbii prosseslərdir və bütün dünyada baş verən kiçilmənin nəticəsidir. Lakin Azərbaycanda uzun zamandır yeni sədr Səfər Mehdiyevin islahat nağılları suya düşüb. Çünki gözlənrilər heç də islahatların sonuc olaraq gömrük sistemində yeniləşməsinə gətirib çıxarmadı. Treninqlər, konfranslar və xaricdən bir neçə Con dəvət etməklə büdcədən milyon larla manat vəsait yalnız məsləhətlərin alınmasına sərf edildi.

Nəticə etibarilə də, Azərbaycan gömrüyündə qaçaqmalçılığın həcmi azalmadı. Səfər Mehdiyevin iddia etdiyi və istefa verməyə hazır olduğu rüşvət faktı nəinki olduğu kimi qaldı, hətta daha da "çiçəkləndi".

Gundeminfo.az-a danışan gömrük sistemindəki mənbə iddia edir ki, indi Bakı Baş Gömrük İdarəsində daha çox sədrin qohum-əqrabası işlə təmin edilib. Vergi bəyənnamələrinin hazırlanmasında yenə də əvvəlki qaydalar və hətta əvvəlki qaydalardan da sərt bürokratik əngəllər qalmaqdadır. Azərbaycan gömrüyündə rüşvət müqabilində qaçaqmalçılığa şərait yaradılır. Elə bu gün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat nəticəsində qaçaqmalçılığa şərait yaradan yüksək çinli gömrük məmurlarının həbsi də iddiaları sübut edir.

Azərbaycan gömrüyü fors-major situatsiyaları üçün hansı önləyici tədbirləri görməli idi? Təbii ki, bu suala cavab axtarmazdan öncə ümumiyyətlə gömrük rəsmiləri bu sualla qarşı-qarşıya qalıblarmı, bilmirik...

Səfər Mehdiyev iddia edirdi ki, əslində gömrük sistemində baş verən neqativ hallara qarşı özü mübarizə aparır. Lakin bu gün rəsmi yayılan məlıumatda da görünür ki, bu sahədə hər hansı bir mübarizə aparılmır.

Məsələn hər kəsə məlumdur ki, Azərbaycanın daxili bazarında qaçaqmal məhsullar yetəincədir. O zaman sual olunur bu mallar ölkəyə necə və haradan daxil olur? Məsələn adətən Yeni İl bayramı ərəfəsində ölkə ərazisində prototexniki vasitələrin satışına qarşı mübarizə aparılır. Lakin istehlakçılar istədikləri qədər partlayıcı vasitə əldə edə bilir və ya satışı ilə məşğul olurdular.

Gundeminfo.az-ın əməkdaşlarının müşahidələri göstərir ki, Azərbaycanın daxili bazarında tütün və spirtli içkilərlə bağlı da vəziyyət dəyişməyib. İstehlak etmək istəyən hər kəs aksiz markası olmayan spirtli içki və tütün məhsulları əldə edə bilir. Bu mallar Azərbaycanın daxili bazarına necə daxil olur? Gömrükdə bu sahədə aparılan "mübarizə" niyə heç olmasa əvvəlki eyni dövrlərlə müqayisədə azalmır, əksinə artır?

Əlbəttə ki, indi Mehdiyevin "yeniləşmiş" komandası, dünya bazarında neftin ucuzlaşmasından sonra və dünyada virus təhdidinin artmasından sonra fors-major situatsiyada nə edəcək?

Rəsmi olaraq məlumatlarda da göstərilir ki, bu ilin fevral ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 329,605 milyon manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin fevral ayına nisbətən 6,428 milyon manat və yaxud 1,9% azdır.

Azalma davam edəcək. Gömrük üzrə öhdəliklərin icra edilməsi prossesi də çətinləşəcək. Bu situatsiyada "cüzi təsir edir" ifadəsini artıq gələcək zamana görə şəkilçi əlavə edərək proqnoz kimi istifadə və ifadə etmək çətin olacaq...


Daha çox xəbər

Şərh yaz