Axtarış...

Sumqayıt təhsili ilə bağlı ilginc iddialar... - Belə deyirlər...




Sumqayıtın 25 saylı məktəbinin direktoru olmuş Arzu Əlizadənin Şəhər Təhsil Şöbəsinə başına gəlişindən sonra heç bəxti gətirmir. Heyhat!

Reportyor.info-ya verilən xəbərə görə, Sumqayıtın xanım təhsil şefi Arzu Əlizadənin arzuları çin olmur. Təhsil müdiri nə edirsə, axırda aysberqə dəyir. Halbuki, məktəb direktorluğundan vəzifəyə nə ümidlərlə gəlmişdi.

Bənzər Yazılar
İnam Kərimovun adamları sahibkarı aldadıb: “Özümü yandıracam” – Video
Əhmədzadənin milyonluq mərkəzi – FOTO
Masallıda yeni başçı qırğın saldı: Əhəd Abıyev erası bitdi? – Gizlinlər…

Amma son iki cəhdi puça çıxan Əlizadənin “atalar üçdən deyib” misalına uyğun olaraq, növbəti addımının necə nəticələnəcəyi intizarla gözlənir.

Belə ki, A.Əlizadənin siftəsi Təhsil Nazirliyinin layihəsi olan “Ölkəni tanıdaq, tanıyaq” kampaniyasında korlanıb. Təhsil müdiri heyrətdə imiş.

İddialara görə, məktəblilərin turu ilə bağlı təhsil idarəsi tərəfindən əksər orta təhsil ocaqlarından 450 manatdan yığılıbmış. Əlizadə sevincək olub…

Amma məsələ ictimailəşib, səs-küy, rezonans doğurub, işə Təhsil Nazirliyi qarışıb, aləm bir-birinə dəyib, Əlizadə pulları direktorlara qaytarmalı olub. Filmdə deyildiyi kimi, “Oğlum Yədullanın müsibəti belə olmamışdı…”

Ancaq bütün bu hadisələrdən məyus olmayan təhsil şefi ikinci dəfə cəhd göstərir. Daha doğrusu, ola bilsin özünün məsələdən xəbəri olmayıb.

Deyilənə görə, Əlizadənin anasının xalası oğlu vəfat etdikdən sonra məktəb direktorlarından 50 manatdan yas pulu yığılıb. Bu işdə Sumqayıtın 11 saylı məktəb direktoru İlahə xanımın adı keçir. Əslində, biabırçılıqdır!

İddialar səslənir ki, İlahə xanım yığım üçün vasitəçilik edib, direktorlar 50 manatlıqları ona çatdırıblar. Hərçənd, təhsil idarəsi müdirinə pislik edilib.

Çünki onun imicinə, ad-sanına xələl gətirilib. Hər halda yas məclisi verməyə Əlizadə və yaxınlarının imkanı çatıb. Amma, ancaq və lakin…

Lakin bu xəbər də sürətlə yayılıb və pullar geri qaytarılıb. Təsəvvür edirsiniz? – Əlizadənin direktorlardan yığılan pulları qəbul etdiyi söylənir.

Sadəcə, məsələ yuxarıların qulağına çatıb deyə həmin vəsait geri “oxunub” və iş ört-basdır edilib. Beləcə, Arzu xanımın ikinci cəhdi uğursuz olub.

Nəhayət, A.Əlizadənin üçüncü dəfə bəxti gətirə bilər. Söhbət 8 Mart Günü yığımından gedir. Bu haqda Sumqayıt məktəblərində artıq danışırlar.

Reportyor.info-ya daxil olan məlumata görə, hər məktəbdən 500 manat Sumqayıt şəhər Təhsil İdarəsinə çatdırılıb. Bu da ortabab məbləğ edir.

Amma A.Əlizadə təkcə 8 Mart yığımı ilə məhdudlaşmayıb. Təhsil idarəsi müdiri yaşı 65-i keçmiş 40 nəfəri işdə saxlamaq yolunu da tapıb.

Onları müqavilə ilə işdə saxlamaq üçün hər birindən 500 manat alındığı iddiaları var. Halbuki, prezidentin kadr islahatları gəncləşməyə yönəlib.

Amma Arzu Əlizadəni gəncləşdirmə siyasəti yox, gəlir maraqlandırır. O səbəbdən də Sumqayıt təhsilində şıdırğı pulyığma kampaniyası dövrüdür.

Deyilənə görə, elə bu mənfəətin nəticəsidir ki, təhsil idarəsi şefi Corat yolundakı 2 saylı məktəbin yaxınlığında özünə ev tikdirib. Mübarəkdir!

Ümumiyyətlə, Sumqayıt Təhsil İdarəsi müdiri barəsində müxtəlif ittihamlar var. Onun “gənclər şəhəri”nin təhsilini məhv etdiyi deyilir.

Reportyor.info
Sumqayıt təhsili ilə bağlı ilginc iddialar... - Belə deyirlər...




Şərh yaz