Əlillərin evlərinə kimlər sahiblənirlər? - İTTİHAM



Nizami RİH qeydiyyatındakı əlillər(in hüquqları) Konstitusiyadan üstündür?

Çobanzadə küçəsindəki evin qanunsuz bölgüsü region prinsipi ilə “əsaslandırılır”

Qarabağ əlilləri və şəhid ailələrinə tikilən evin qanunsuz bölgüsünə, hətta dövlətin adından çıxarılan məhkəmə qərarının da borclu ƏƏSMN və yanındakı DSMF-in“sosialməmurları”nınkorrupsiya marağına qurban verilməsinəhələ də hüquqi qiymət verilməyib. Ölkənin 1-ci şəxslərinə, ali dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına , Ombudsmana, Hesablama Palatasına edilən şikayətlər “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbinə zidd olaraq barəsində şikayət edilən quruma, hətta həmin rüşvət məmuruna verilir və Prezidentə, Konstitusiyaya hörmətsizlik davam edir.

1-ci dərəcəli Qarabağ əlili baş elmi işçinin elmlər doktoru həyat yoldaşı ərinin 27 il qabaq Ağdərədə döyüşdə olanda TV ilə ölümü haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir. 1-ci dərəcəli əlillərin mənzillə növbədənkənar təmin olunmaları qanunvericiliyin tələbi olsa da və Bakı İnzibati Məhkəməsinin 4 ildir dövlətin adından çıxarılan , hələ də icra olunmayan 20.06.2016 tarixli 2-1 (81)-1095 /2016 saylı qərarı olsa da , borclu ƏƏSMN yanında DSMF-in direktor müavini Əminə Seyidzadə, sektor müdiri Vüqar Behbudov, Rövizə Behbudova qəti şəkildə icradan imtina edir və 1-ci dərəcəli Qarabağ əlilinin 2028 -ci ildə mənzil yiyəsi olacağına baxılacağını(?) bildirir. Onu da vurğulayaq ki, 1-ci dərəcəli Qarabağ əlilinə və bir neçə digər əlilə Səhiyyə Nazirliyinin və ƏƏSMN-inbirgə komissiyası xaricdə müalicə olunmağa rəy verib, lakin DSMF-in direktor müavini Əminə Seyidzadə rəsmi məktublarla bildirib ki, ƏƏSMN heç bir ölkə ilə müqavilə bağlamadığından əlil(lər)in müalicəsinin xaricdə təşkili mümkün deyil. Bu “sosial məmur” ya tutduğu kürsünün məsuliyyətini anlamır, ya da rüşvət, korrupsiya gözünü elə tutub ki , ölkədə gedən islahatları da görmür. Qarabağ əlilinə məhkəmə qərarının 12 il sonra 2028-ci ildə icra olunacağını, xaricdə müalicəyə getməyə Nazirliyin “müqavilə bağlamadığını” bildirən sosial xidmət məmurundan nəsə gözləməyə dəyərmi? Qarabağ əlili belə sosial siyasətlə 2028-ci ilə kimi sağ qala bilər?

Borclu ƏƏSMN yanında DSMF-in Prezidentə, Konstitusiyaya hörmətsizliyinə bəs bağlantılı qurumlar nə deyir? Bəri başdan deyək ki, hüquq mühafizə orqanlarından yalnız Daxili İşlər Nazirliyi sözügedən özbaşınalığa hüquqi qiymət verilməsinə göstəriş verib, amma nə sirrdisə, araşdırmanı Nərimanov rayon polis şöbəsinə tapşırıb. Baş prokurorluq, yanındakı korrupsiyaya qarşı mübarizə idarəsinin “161” qaynar xətti isə öncə şikayəti qeydə almayıb, 04 yanvar 2020-ci ildə isə 2 saatlıq çənə-boğazdan sonra guya qeydə aldığını bildirib. “Guya”nı ona görə vurğuladıq ki, 2 ay keçməsinə baxmayaraq, hələ də adi izahat da alınmayıb. Ədalət adına vurğulayaq ki, Milli Məclis və Aparatının rəhbərliyi ƏƏSM nazirinə sorğu göndərilməsinitəmin edib və elə həmin gün -17 oktyabr 2019-cu ildə borclu DSMF -dən Rövizə Behbudova çağırıb, əlilin ərizəsini alıb ki, artıq hazır olan Nizami rayonu, Çobanzadə küçəsindəki evin bölgüsü zamanı əlilə də ailə tərkibinə uyğun üçotaqlı mənzil ayrılacaq. Hətta 04.11.2019-cu il tarixli məktubla Əminə Seyidzadə bildirib ki, bu bölgüdə əlil ailəsinin mənzil hüququ təmin olunacaq. Lakin prezident 24 dekabrda evin açılışını edəndə bəlli olub ki, cəmi 5 nəfərə mənzil verilib. Qalan 91 nəfərin kimliyi isə açıqlanmır.

Hesablama Palatasının auditoru Firsənd Qurbanovun 10.02.2020 tarixli ƏƏSMN müavini Anar Əliyevə müraciətinə cavab verən digər müavin Anar Kərimov məhkəmə qərarı ilə ƏƏSMN -in üzərinə 1-ci dərəcəli Qarabağ əlilinin 4 il qabaqdan növbədənkənar mənzillə təmin olunmaq öhdəliyinin qoyulduğunu etiraf edib və tələbkarın Nizami rayonunda tikilən evdən mənzil tələb etməsinə yalnız həmin binada Bakı şəhəri, Nizami RİH -dən mənzil növbəsinə dayananlara mənzil verilməsi “əsası” ilə mümkün sayılmadığını19 fevral 2020 tarixli 20030015603 saylı məktubla bildirib. Ombudsman Aparatı, digər qurumlar da bu cavabdan elə razı qalıblar ki, anlaya bilmirsən, bu ölkədə Konstitusiya üstün qüvvəyə malikdir, yoxsa Nizami rayonunda qeydiyyatda olmaq ? Bəs Nəsimi ,Nərimanov və digər əlil -şəhid ailələrinə ( mənzil tikilməyən)rayonlarda qeydiyyatda olanlar neyləsin Axı Nəsiminin 650, Nərimanovun 150 illiyi Prezidentin sərəncamı ilə keçirilir!

Hər ilin sonunda- 24 dekabrda Prezidentin ad günündə əlil-şəhid ailələri mənzillə sevindirilir. Nə böyük xoşbəxtlik! Əlillərin xoşbəxtliyinə Tanrı da pay qatıb :Nə böyük xoşbəxtlikdir ki Prezident 29 fevralda doğulmayıb ! Yoxsa, 4 ildən bir xoşbəxt olardıq!


Teref.az
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət