Zirə südçülük savxozunda insanlar zillət və əzab içində yaşayırlar


Millitv.az xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunun Zirə qəsəbəsinin Zirə südçülük savxozunda yaşayan insanlar uzun illərdir ki,südçülük savxozunun ərazisində yaşasalarda bəzi komunal problemlərinin həllində dəfələrlə Rayon icra hakimiyyətinə və digər adiyyatı qurumlara müraciət etmələrinə baxmayaraq bu günə qədər bu insanların səsinə heç bir kimsə səs verməyibdir.
Yaranmış vəziyətlə əlaqədar redaksiyamıza müraciət edən sakinlərin, müraciətini nəzərə alaraq çəkiliş qurupumuzla Zirə südçülük savxozunun ərazisinə yollandıq.Həqiqətəndə burada insanların həyat şəraitini gördükdə özümüzü 1970 - ci illərin ucqar dağ kəndlərindən birindəki kimi hiss etdik.Burada bizə müraciət edən sakinlər yaşadıqları ərazidə zibil tullantıların qəsəbənin ərazisindən yığışdırılmamasından şikayət edərək dəfələrlə sakinlərin yığışıb zibil tullantılarını öz hesablarına qəsəbənin ərazisindən yığışdırmaq istəsələrdə səlahiyətli şəxslərin sakinlərin bu təşəbbüsünə biganə yanaşmaları nəticəsində heç bir iş görülməmişdir.Umumiyyətlə hal - hazırda Zirə südçülük savxozunun ərazisində yaşayan sakinlər qəsəbədə suyun olmamasından ,yolların bu günə qədər bərbad vəziyyətdə olmasından və qəsəbənin məşişət tullatılarının burada yaşayan insanların ən əsas problerindən biri olmasını bildirərək belə yaşamağın olduqca ağır olmasını qeyd etdilər.


Qəsəbə sakinləri bu problerin həlli barədə Bələdiyyə,Yerli icra nümayəndəliyinə müraciə etsələrdə bu şəxslərdən yalandan vədlər almaqdan başqa heç nəyə nayil ola bilməyiblər.

Hal - hazırda qəsəbədə bu günə qədər kanalizasiya xətlərinin olmaması qəsəbənin ətrafında ufunət yaradan xırda gölməçələrin yaranmasına gətirib çıxarmışdır.


Hörmətli izləyiçilər qəsəbənin ərazisində yaşayan insanların həyaş şəraiti ilə bağlı hazırladığımız video reportajı sizə təqdim edirik.









MİLLİTV.az
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət