Bir boksçumuz qalib gəldi, medal ümidlərimiz səhnəyə çıxır

  • 9-08-2016, 23:42
  • idman
  • 113
Bir boksçumuz qalib gəldi, medal ümidlərimiz səhnəyə çıxır


Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

MİLLİTV.az saytının məlumatına görə, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Jao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.

Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayacaq. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verəcək. Təmsilçimiz saat 00:45-də başlayacaq döyüşdə irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycanlı bokssevərlər günə Məhəmmədrəsul Məcidovun döyüşü ilə yekun vuracaqlar. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız da ilk olaraq 1/16 finalda çıxış edəcək. Onun rəqibi isə mərakeşli Mohamed Arjaui olacaq. Döyüş saat 02:00-da start götürəcək.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət