İcra başçısının maska biznesi - Apteklərdə satış dayandırıldı, qiymətlər qaldırıldı

İcra başçısının maska biznesi - Apteklərdə satış dayandırıldı, qiymətlər qaldırıldı


Tərtər rayonunda maska və sipirt çatışmamazlığı narazılığa səbəb olub.

İxa.az-a daxil olan məlumatda bildirilir ki, rayonda apteklər maska satışın dayandırıb.

Bildirilir ki, rayonda apteklərə icra başçısının adamları nəzarət edir. Onlar qiymətlri qaldırmaq üçün belə vəziyyət yaradıb. 10 qəpiyə satılan maskalar bu gün Tərtərdə 2 manata qədər qaldırılıb.

Buda azmış kimi, yenidən qiymət qaldırmaq üçün maska yoxdur deyə satış dayandırılıdığı iddia olunub.

Qeyd edək ki. icra başçsı adamlarına belə göstəriş verib, verməməsini deyə bilmərik. Amma, görünən o ki, prezidentin gstəriş və tapşırıqları rayonda sönük qarşılanır. Tərtərdə min hektarlarla torpağa, iri obyektlərə və digər bizns sahələrinə sahib olan icra başçısı Müstəqim Məmmədov üçün bir ovuc Tərtər camaatına maska gətizdirib, pulsuz paylamağı. onun üçün nahar yeməyi kimi bir şeydir.

Dünyanı ağuşuna alan xəstəliklə bağlı Azərbaycanda da ciddi şəkildə mübarizə aparılır. Prezident İlham Əliyevdə əhalini xəstəlikdən qorunmağa, maskalardan istifadə etməyə çağırıb. Dövlət başçısı maska qıtlığı yaradanlara da sər təpki verib. İnanırıq ki, Tərtər rayonunda maska bizinesini çiçəkləndirməyə çalışan kim olursa olsun sərt şəkildə cəzalandırılacaq.

Dövlət başçısı bildirib ki, "Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşayiət olunur. Hazırda ölkəmizin kifayət qədər maska ehtiyatları var: Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir”.

İxa.az
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət