Axtarış...

Ukraynada 20-yə yaxın məktəbli qazdan zəhərlənib



Ukraynanın Vinnitsa bölgəsində yerləşən Moqilyov-Podolskiy şəhərində 18 məktəbli zəhərlənmə ilə bağlı həkimlərə müraciət edib.

“RİA Novosti” xəbər verir ki, onlardan 11 nəfəri artıq xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, yeniyetmələr propan qazının buxarlarından zəhərləniblər.

Sızıntı məktəbin yanında yerləşən kafedə qaz balonunu dəyişən zaman baş verib.

Xəstəxanaya yerləşdirilən məktəblilərin 13-14 yaşı var.



Şərh yaz