Axtarış...

Merkel və Putin arasında telefon danışığı olub

Merkel və Putin arasında telefon danışığı olub

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsindəki vəziyyət ilə bağlı telefon danışığı olub

“Report” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığında qarşıdan gələn 5 mart görüşünün məhsuldar keçəcəyi ümid edilib.

Bundan başqa, söhbət zamanı Liviyadakı daxili münaqişədə hər iki tərəfin döyüşlərə son qoymasının vacib olduğu müzakirə edilib.

Telefon danışığının Almaniya tərəfinin təşəbbüsü ilə keçirildiyi bildirilir.



Şərh yaz