Axtarış...

Atalar üçdən deyib... - Hələ də inanır ki...



"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza ilginc bir informasiya daxil olub. Belə ki, mötəbər mənbədən DİA.AZ-a verilən xəbərdə qeyd olunur ki, QSC sədri heç də hazırki postunda qalmağı düşünmür və daha böyük iddialarla yola çıxıb.

Təbii ki, hər bir kəsin karyerasında yüksəliş arzuları doğaldır və buna normal yanaşmaq lazımdır. Amma görünəni odur ki, hörmətli Caviq Qurbanov bu istəklərinə çata bilməsi üçün bu vaxta qədər rəqiblərinə qarşı daha çox "qaydasız üsullarla" mübarizə aparıb. Mənbənin dia.az-a söylədikləri: "Hələ də baş nazirlik uğrunda savaşdan usanmayan Cavid Qurbanov bu yolda özünə əsas rəqib kimi gördüyü keçmiş Nəqliyyat Naziri Ziya Məmmədovu rəsmən tarixə çevirdi. Halbuki Ziya Məmmədov Cavid Qurbanova hər zaman arxa-dayaq olmuşdu. Lakin sonradan QSC sədrinin rəqibini hansı duruma gətirdiyini hər kəs gördü".

Mənbə bildirir ki, bunun ardından iki dəfə baş nazir postuna yaxınlaşdığını zənn edən Cavid Qurbanovun həm Novruz Məmmədovun, həm də Əli Əsədovun təyinatlarında arzularının puç olduğu ortaya çıxsa da, yenə baş dəmiryolçu yoluna davam etmək qərarını verib: "Düşünür ki, atalar üçdən deyib və özünü 3-cü həmlədə baş nazir kimi görməyi planlaşdırır..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

DİA.AZ


Daha çox xəbər

Şərh yaz