Axtarış...

Emil Balayev geri qayıdır – Transferi alınmadı


Azərbaycan millisinin qapıçısı Emil Balayevin Norveç vitse-çempionu "Bodo-Qlimt"ə keçidi baş tutmayıb.

Qol.az azerisport.com saytına istinadən xəbər verir ki, norveçlilər şərtləri yerinə yetirmədiyi üçün danışıqlar pozulub. Onlar 25 yaşlı qapıçı ilə optimal olmayan məbləğə uzunmüddətli müqavilə bağlamaq istəyiblər. Konkret olaraq, Emilə 2 illik müqavilə təklif ediblər, futbolçumuz isə 1 ilə razılaşıb.


Yekun nəticədə tərəflər ortaq məxrəcə gələ bilmədiyi üçün Emil Norveçdən ayrılaraq Bakıya yola düşüb.



Şərh yaz