Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... - "Razılığı onlara Cavid Qurbanov verib..."

Baş dəmiryolçunun yaratdığı DAHA BİR PROBLEM... - "Razılığı onlara Cavid Qurbanov verib..."

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksinin sakinləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova müraciət edib.

Millitv.az criminal.az-a istinadən xəbər verir ki, 200 sakinin imzaladağı müraciətdə onlar yaşadıqları kompleksin qarşısında qanunsuz tikilən obyektin sökülməsini istəyirlər. Həmin müraciəti təqdim edirik:

Hörmətli sədr, bir neçə gündür sizin adınızdan istifadə olunmaqla bizim kompleksin qarşısındakı ərazidə obyekt tikilir. Kompleksdə yaşayan sakinlərin şikayətlərinə məhəl qoyulmadan tikinti hazırda davam etdirilir.

Ərazidə tikinti işlərinə rəhbərlik edən şəxslər deyir ki, onlara heç kim, heç nə deyə bilməz, çünki razılığı onlara Cavid Qurbanov verib. Nəzərinizə çatdırırıq ki, hazırda sürəkli şəkildə tikinti aparılan ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Həmin zolaqda ötən il yaşayış kompleksində yaşayan sakinlər 500 ağac əkmişdik.

Lakin o zaman da sizin adınızdan əraziyə gələn QSC rəsmiləri ağacları kökündən çıxarmışdılar. Hərəkətlərinə belə haqq qazandırmışdılar ki, ərazi dəmir yol xəttlərinin mühafizə zolağındadır. Üstündıən 1 il ötəndən sonra isə ağacların çıxarıldığı ərazidə iri obyekt inşa olunur.

Hörmətli sədr, Sizin vətəndaş yönümlü bir məmur olduğunuzu bilirik, hətta millət vəkili olduğunuz dönəmdə çöxsaylı seçiciləriniə nə qədər diqqət göstərdiyiniz danılmaz faktdır. Xahiş edirik ki, bu məsələdə bizə, 2000-dən artıq mənzili, 10000-dən artıq sakini olan kompleksin sakinlərinə köməklik edəsiniz.

Hazırda bərdab vəziyyətdə olan bir hektardan artıq ərazinin gələcəkdə övladlarımız üçün park salınmasına köməklik edəcəyinizə də inanırıq. Hörmətli sədr, Ümid edirik ki, bizim müraciətimizi müsbət qarşılayacaqsınız və hazırda bərbad bir sahənin gözəl və abad əraziyə çevirilməsində bizə dəstək olacaqsınız.



Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət