Axtarış...

İşlətdiyi işçilərin haqqını yeyib... - NARAZILIQ...



Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisində işləmiş bir qrup şəxs tərəfindən şikayət məktubu daxil olub. Narazı vətəndaşlar mətbuat vasitəsi ilə prezident Əliyevə və Mehriban Əliyevaya müraciət ünvanlayırlar. DİA.AZ həmin müraciəti təqdim edir:

"Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanova məxsus olan Azəryol Tikinti MMC-nin rəhbərliyi bizi 4 ay qul kimi işlədib əmək haqqımızı vermək istəmir.Nəticədə də aclıq içində yaşamağa məhkum olmuşuq.

Belə ki,Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisini həyata keçirən Azəryol Tikinti MMC –də fəhlə, mühafizəçi və digər vəzifədə işləmişik. Azəryol Tikinti MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynov 4 ay bizi qul kimi işlədib əmək haqqımızı vermədi bizi aldadıb aradan çıxdı. Həttda Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov biz şikayətçilərə dedi ki, şikayət edəcəyiniz orqanlar məni müdafiə edəcəklər. Mənə pul verilmir deyə məndə sizə pul vermirəm. Azər Hüseynov Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun əlaltısıdır.

Biz indi çıxılmaz vəziyyətdə qalmşıq.4 ay qul kimi işlədik ki, çörək-ərzaq maqazinlərinə olan borclarımızı verək halal zəhmətimizlə qazndığımız pulla ailəmizi dolandıraq. Ancaq Cavid Qurbanovun yaxın adamı. ona məxsus Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynov bizi aldadıb dahada yoxsul ac vəziyyətə saldı.

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisinin aparılmasına görə keçirilən tenderi Azəryol Tikinti MMC-nin udması heç də təsadüf deyil.Görünən odur ki, bu MMC-nin rəhbəri Azər Hüseynovun sözündə həqiqət var ki, onu Cavid Qurbanov himayə edir ki, o bu tenderi udub və fəhlələri qul kimi işlədib əmək haqqlarını mənimsəyib vermir.Azər Hüseynovun bu əməli cinayət tərkibi yaradır ki, hüquq mühafizə orqanları bunu araşdırıb onu həbs etməlidir.Ancaq Cavid Qurbanovun himayəsində olduğu üçün Aər Hüseynovun barəsidnə qanunu tədbir görən yoxdur.

Biz Azəryol Tikinti MMC-nin rəhbəri Azər Hüseynovun dələduz əməlləri barədə Qəbələ və Ağdaş rayon prokurorluğuna şikayət ərizələri ilə müraciət etsəkdə heç bir nəticəsi yoxdur.

Biz aldadılmış insanlar mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik özünü Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun yaxın adamı olan, bizi qul kimi işlədib əmək haqımızı mənimsəyən Azəryol Tikinti MMC-nin rəhbəri Azər Həsən oğlu Hüseynovun barəsidnə qanunu tədbirlər görəsiniz.

İmza; Azəryol Tikinti MMC tərəfindən aldadılmış bir qrup vətəndaş"

Dia.az


Daha çox xəbər

Şərh yaz