Axtarış...

Bakı Beynəlxalq Avtovağzalı dezinfeksiya olunur – KORONAVİRUSA GÖRƏ



“Artıq 20-günə yaxındır bütün avtovağzallarda və avtostansiya komplekslərində, eyni zamanda beynəlxalq reyslərdə işləyən avtobusların salonlarında dezinfeksiyanın gündəlik aparılması tapşırığı verilib”.

Bunu Lent.az -a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib: “Hazırda avtovağzallarda və avtobusların salonlarında gündəlik dezinfeksiya aparılır. Tədbirlər koronavirus təhlükəsinə görə həyata keçirilir. Ümumillikdə avtobusların salonlarında və digər yerlərdə əvvələr təmizlik hər gün aparılsa da, dezinfeksiya 15-30 gündən bir aparılırdı. Yəni dərman məhlulları ilə dezinfeksiya işləri hər gün aparılan proses deyil”.


Daha çox xəbər

Şərh yaz