Axtarış...

Hakim Sarqsyanın şikayətini rədd etdi




Bu gün Yerevanın ümumi yurisdiksiya məhkəməsində Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın məhkəmə prosesi keçirilib.

“Sputnik Armenia” xəbər verir ki, məhkəmə S.Sarqsyanın vəkillərinin dövlət ittihamçısı Arsen Martirosyanın prosesdən kənarlaşdırılması ilə bağlı qaldırdığı vəsatəti təmin etməyib.

Növbəti məhkəmə iclası martın 26-na təyin edilib.

Qeyd edək ki, S.Sarqsyan “Flash” şirkətinə himayəçilik etməkdə günahlandırılır.

Sabiq prezident şirkətin tenderdə qalib gəlməsinə yardım edib və nəticədə dövlətə külli miqdarda ziyan dəyib.


Daha çox xəbər

Şərh yaz