"Yuventus"dan Sarri açıqlaması

  • 25-02-2020, 12:50
  • idman
  • 41


"Yuventus"un prezidenti Andrea Anyelli komandanın baş məşqçisi Maurisio Sarri haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, 61 yaşlı mütəxxəssisin işindən razı olduqlarını deyib: "Sarri ilə üç illik bir strategiyamız var və qısa müddət ərzində onun işinin nəticəsini görə biləcəyik. Sarri bizə lazım idi və onu əldə edə bildik.

Mövsümü ilk yarısı bizim üçün əla keçdi. Ölkə çempionatında liderik, Çempionlar Liqasının pley-off mərhələsində və İtaliya kubokunun yaırmfinalına yüksəlmişik".

Klub rəhbəri Sarrini "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ilə əvəzləyəcəkləri barədə yayılan xəbərlərə də münasibət bildirib: "Heç kimin Qvardiola haqda düşünmədiyini söyləmək yalan olar. Amma o, hazırkı klubunda xoşbəxtdir. Xoşbəxt olduğun klubdan ayrılmaq isə çətindir".
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət