Axtarış...

Hadi Rəcəblinin şirkətlərinin siyahısı yayıldı - SƏNƏDLƏR





V çağırış Milli Məclisinin deputatı Hadi Rəcəbliyə məxsus şirkətlərin siyahısı yayılıb.


Pravda.az-ın xəbərinə görə, siyahısı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.


Jurnalist Hadi Rəcəblinin 25 illik deputatlıq fəaliyyəti dövründə sahib olduğu şirkətlərin reyestr çıxarışlarını təqdim edib.


C.Həsənli bildirib ki, təqdim etdiyi siyahı hələ tam siyahı deyil:


1. MƏKAN KİÇİK MÜƏSSİSƏSİ - Təsisçisi Hadı Rəcəblinin həyat yoldaşı Mehriban Heybət qızı Rəcəblidir.


2. “MOSKOMMERS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.


3. "KAVERSON" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin oğlu Tural Rəcəblidir.


4. "APTUST" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin bacısı Rübayəl Rəcəbova Musa qızıdır.


5. "ŞERİF-R" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin Lənkəran rayon Maliyyə İdarəsinin rəisi işləyən qardaşı İqbal Rəcəbovun oğlu Rüstəm Rəcəblidir.


6. “VERAVUL” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Təsisçisi Hadı Rəcəblinin qardaşı Xəzail Rəcəbovun oğlu Şadil Rəcəbovdur.


Qeyd: H.Rəcəblinin lider namizəd olduğu 74 saylı Lənkəran kənd seçki dairəsinin nəticələri ləğv edilib. O, bir daha deputatlığa namizədliyini irəli sürməyəcək.

Pravda.az
Hadi Rəcəblinin şirkətlərinin siyahısı yayıldı - SƏNƏDLƏR







Daha çox xəbər

Şərh yaz