Axtarış...

İsmayıl Vəliyev eşşək südü biznesi ilə də məşğul imiş – ŞOK biznes siyahısı



Dünən DTX tərəfindən saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin əmlakının və biznesinin bəlli siyahısını təqdim edirik. Bizimxeber.az xəbər verir ki, bu siyahı tam deyil və onun hələlik heç kimə məlum olmayan biznes şəbəkələri mövcuddur.

1. Rayon mərkəzindəki “Yurdum” (Avtoturist) restoranı, hotel.

2. Rayon mərkəzində yeni tikdirdiyi böyük əraziyə malik bazar

3. Özəl uşaq baxçası

4. Qoltuq kəndində keçi ferması

5. Böyük əraziyə malik tədarük məntəqəsi

6. Keçmiş yol idarəsinin böyük ərazisi (özəlləşdirilib)

7. Özü üçün əkib-becərilən 1000 hektarlarla torpaq sahələri (özəlləşdirilib)

8. “Xol yolu” deyilən ərazidə eşşək ferması. Bu fermada 200-dən çox eşşək saxlanılır

8. Rayonun Qaramanlı kəndində SSRİ-dən qalan MMKR avtomobil zavodu – (Özəlləşdirilib)

9. Balıq ovlamaq üçün qayıqlar, su motorları və avadanlıqları

10. Çoxlu sayda ağır texnikalar, yük maşınları, traktorlar

11. Dubayda dünya standartlarına cavab verən kərpic zavodu

12. Türkiyədə inşaat biznesi (Əsasən hündürmərtəbəli yaşayış binaları tikilir)

Qeyd edək ki, DTX tərəfindən saxlanılan Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin ölkə xaricində böyük biznes şəbəkəsinin olduğu bildirilir.


Daha çox xəbər

Şərh yaz