İtaliyada rəsmi səfərdə olan Prezident İlham Əliyev İtaliya bir neçə rəsmi görüşlər keçirib

Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub



Fevralın 20-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.



İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub






Fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.




Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə təkbətək görüşü olub.





Əvvəlcə Prezident İlham Əliyevin qarşılanma mərasimi oldu. Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri İtaliya Nazirlər Şurasının Sədrinə təqdim olundu.Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte birgə foto çəkdirdilər.

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edildi, ölkələrimiz arasında möhkəm dostluq münasibətlərinin mövcud olduğu vurğulandı. “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasının əhəmiyyəti qeyd olundu, bu sənədin əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracağı vurğulandı. Azərbaycanın radikalizmə, terrorizmə və ekstremizmə qarşı mübarizədə aparıcı rolu, ölkəmizin dünyəvi ənənələri yüksək qiymətləndirildi.

Söhbət zamanı ölkələrimizin enerji sahəsində uğurla əməkdaşlıq etdiyi və Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin bu il son mərhələsinə qədəm qoyduğu bildirildi. Həmçinin İtaliya şirkətlərinin Azərbaycanda qeyri-neft sektorunun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində çox fəal surətdə iştirak etdikləri vurğulandı. Bu səfər zamanı imzalanacaq çoxsaylı sənədlərin ölkələrimiz arasında əməkdaşlığın daha geniş şəkildə inkişafı üçün zəmin yaradacağı qeyd edildi. Eyni zamanda, fevralın 21-də keçiriləcək biznes forumun daha böyük imkanlar yaradacağı diqqətə çatdırıldı.

Söhbət zamanı İtaliyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını dəstəklədiyi bildirildi. Həmçinin Əfqanıstanda sülhməramlı əməliyyatlarda ölkələrimizin birlikdə iştirakı qeyd edildi.

Görüşdə Azərbaycan ilə İtaliya arasında elm-təhsil, tələbə mübadiləsi, turizm sahələrində əməkdaşlıq məsələləri də müzakirə olundu.

Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi vurğulandı. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından Azərbaycan ili elan edildiyi bildirildi.

Dövlətimizin başçısı İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana rəsmi səfərə dəvət etdi. Nazirlər Şurasının Sədri bu səfəri məmnuniyyətlə qəbul etdiyini bildirdi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.





MİLLİTV.az
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət