İdmançımız Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi



Fevralın 19-da Fransanın Lievin şəhərində atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turniri baş tutub.

Oxu.Az xəbər verir ki, yarışda uç təkanla tullanma idmanında Azərbaycanı Nazim Babayev təmsil edib.

17,15 metr məsafəyə tullanan idmançımız yarışın gümüş medalına layiq görülüb.

Yarışda birinci yeri Burkina-Fasonu təmsil edən Hüqo Fabrike Zanqo (17,51 metr), üçüncü yeri isə kubalı idmançı Cordan Alexandro Diaz (17,07 metr) tutub.

Qeyd edək ki, bu nəticə idmançımıza “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət