Axtarış...

Qızılın qiyməti rekord həddə çatdı



Dünya bazarında qızılın 1 unsiyasının qiyməti 7 illik fasilədən sonra ilk dəfə 1 600 ABŞ dollarını keçib.

Redaktor.az-ın məlumatına görə, bu gün əmtəə birjalarında qiymətli metal 1610,5 ABŞ dollarına qədər bahalaşıb.

Qiymətli metallar investorların koronavirusun yayılmasının dünya iqtisadiyyatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcəyinin narahatlığı fonunda bahalaşır.



Şərh yaz