Axtarış...

Ərdoğanın İdlib əməliyyatı açıqlamasına Kremldən CAVAB



Türkiyənin İdlibdə Suriya ordusuna qarşı təşkil edəcəyi əməliyyat ən pis ssenari ola bilər.

“HaberGlobal”ın məlumatına görə, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.

“Bu vəziyyətin qarşısının alınması üçün Türkiyə və Rusiya arasında dialoq davam edəcək”, - Peskov bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə əməliyyatın başlanmasının an məsələsi olduğunu açıqlamışdı.


Daha çox xəbər

Şərh yaz