Axtarış...

“World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib





Fevralın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında kamera və orqan musiqisi zalında gənc ifaçıların “World harmony” lll beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin ikinci turu keçirilib.

AZƏRTAC xəbər verir ki, nominantlar ansambl və fərdi şəkildə təşkil olunmuş skirpkaçılardan ibarət olub.

Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) ifaçılar iştirak edib.

Müsabiqə “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.

Müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik və milli), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil edilib.

Üç turdan ibarət olan müsabiqədə bütün iştirakçılar diplomla, qaliblər isə diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Müsabiqənin bağlanış mərasimi filarmoniyada keçiriləcək.


Daha çox xəbər

Şərh yaz