Axtarış...

İlham Əliyev Dövlət Agentliyinə 4,9 milyon manat ayırdı



Prezident İlham Əliyev Hacıqabul rayonunun Hacıqabul-Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, otuz iki min nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Hacıqabul-Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.



Şərh yaz