Ukraynada "oğru" savaşı başlayır: Oleq Bakinski, ya Lotu Quli?



Ukrayna Milli Polisinin sabiq müavini Vyaçeslav Abroskin yerli mətbuata maraqlı müsahibə verib.

Lent.az -ın məlumatına görə, Ukraynadakı kriminal durumdan danışan Abroskin bu ölkədə “qanuni oğrular”ın fəaliyyəti ilə bağlı müxtəlif məqamlara da toxunub.

Onun bildirdiyinə görə, hazırda bu ölkədə 15 “qanuni oğru” yaşayır ki, onlardan da 12-nin hesabında milyonlarla dollar pul var.

Ukraynadakı oğru klanlarından bəs edən polis zabiti əsasən iki gücün adını çəkib.

“Hazırda bizim ölkədə iki güclü klan bir-biriylə ciddi münaqişədədir. Bunlardan biri “Umka” ləqəbli oğrunun başçılıq etdiyi Dnepr, ikincisi isə Qərbi və Mərkəzi Ukraynaya nəzarət edən “Nedelya”nın klanıdır. Bu münaqişə keçən ilin oktyabrında “Nedelya”nın vəhşicəsinə döyülməsindən sonra daha da gücləndi.

Xatırladaq ki, keçən il oktyabrın 12-də azərbaycanlı kriminal avtoritet, “Oleq Bakinski”nin (Oleq Krapivin) qızının toyunda insident yaşanmışdı. Məhz həmin mərasimdən bir-iki saat əvəl “Nedelya”, yəni Andrey Nedzelski mərasimin keçirildiyi “Fairmont Grand” hotelindəki otaqlardan birində hazırda həbsdə olan “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanının üzvləri tərəfindən döyülmüşdü.

Münaqişə isə belə başlayıb; “Şakro Molodoy”un adamlarından “Yurya Moldovan” (Yuri Yerinyak) “Nedelya”nı “oğrulara qarşı sifarişlər verməkdə” təqsirləndirib. “Nedelya” isə cavab olaraq əlini yelləyib və belə iddiaları boş şey adlandırıb. Bu zaman “Şakro Molodoy”un toyda iştirak edən qohumları - David Ozmanov (“Dato Krasnodarski”), onun qardaşı oğlu Nodar Aloyan (“Nodar Tbilisskiy”) və Nodari Asoyan (“Nodar Rustavski”) və bu sözü təhqir kimi qəbul etdiklərindən tərəflər arasında dava başlayıb. Sonuncu şəxslər Nedzelskini döyərək onun artıq “qanuni oğru” adı daşımadığını bəyan ediblər.

Abroskinin dediyinə görə, nə “Umka”, nə də sonradan mövqelərini bərpa edən “Nedelya” üçün bundan sonra Ukraynada sakit həyat olmayacaq. Çünki Lotu Quli Ukraynada öz nüfuzunu artırmaqdadır.

Sitat:

“O, Ukraynada yaşamasa da, məsafədən də olsa, Ukraynada fəaliyyət göstərən əksər bazarları nəzarətə götürmək üzrədir. Bu sahədə isə milyonlar fırlanır. Amma bir məqam da var ki, Lotu Quli çoxdandır ki, Oleq Krapivinlə (Oleq Bakinski) düşmənçilik edir. Bakinski isə Azərbaycan klanının istisnasız lideri kimi tanınır, onların xaç atasıdır”.

Yazıdan belə görünür ki, Ukrayna uğrunda kriminal müharibə də məhz bu iki nəfər arasında gedəcək.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət