Axtarış...

Bu ölkədə 1 milyard barrel neft ehtiyatı aşkarlandı



Qərbi Afrika ölkəsi olan Nigeriyanın şimal-şərqində 1 milyard barrel xam neft ehtiyatı aşkar olunub.

BakuPost xəbər verir ki, bu barədə Nigeriyanın Neft Ehtiyatları naziri Timipre Slyava deyib.
O bildirib ki, ölkəsinin 2002-ci ildə 22 milyard barrel neft ehtiyatı var idi. 2007-ci ildə bu göstərici 37 milyard barrelə yüksəlib. 2007-ci ildən bu vaxta kimi isə ehtiyatlar 37,5 milyard barrelə çatıb.

Qeyd edək ki, Nigeriya qlobal ehtiyatlarının 3,1 faizinə sahibdir və gündəlik 1,5 milyon barreldən çox neft istehsal edir. Ölkədəki qarşıdurmalar səbəbindən istehsalın 500 min barreli istifadə edilə bilmir.


Daha çox xəbər

Şərh yaz