35-ci dairənin nəticələri ləğv olundu



Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai üçüncü dairə seçki komissiyasının nəticələrinin ləğv olunması barədə müraciətə baxılır.

"BakuPost" xəbər verir ki, müraciət barədə MSK-nın katibi Ramiz İbrahimov məlumat verib.
Müraciətdə qeyd olunub ki, protokollar namizədlərə verilməyib. Səslərin yenidən sayılması və İqbal Ağazadənin qalib elan olunması xahiş olunub.

Bundan əlavə, səslər sayılarkən qanun pozuntularına yol verildiyi bildirilib.

R.İbrahimovun sözlərinə görə, araşdırma zamanı seçicilərin iradəsinin təmin olunmasının mümkünsüzlüyü müəyyən olunub. 33 məntəqədən 30-da belə hal müəyyən olunub. Ona görə də hazırki durumda səslərin yenidən sayılması mümkün deyil.

MSK rəsmisi təklif edib ki, bu səbəbdən həmin dairədə səsvermənin nəticələri etibarsız hesab olunsun.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət