Axtarış...

"Onun ailəsi var, nə qədər gözləyim?"


"Ətrafdakı dostlarım, tanışlarımd eyirdi ikinci baharını yaşayırsan. Onların sözünü etika xatirinə qəbule dirdim. Amma mən nə birinci baharımı tam yaşadım, nə də ikinci baharım oldu. Tam səmimi deyirəm, mən bunu yaşamadım. Düşünürəm ki, bəlkə bundan sonra ikinci bahar yaşayacam".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Ağ və qara" verilişində deyib. Müğənni sevgi həyatından bəhs edib.

Qasımova yaşadığı böyük sevgidən söz açıb:

"Əlbəttə... Yeni insanlardan özümə qarşı sevgi görürəm. 25-27-28 yaşlı insanlar mənə sevgi göstərir. Amma fərdi məhəbbət beynimdə məhv olub. Çünki inanmıram... Balaca bir inam hüceyrəsi olsa da, onu öldürəcəm. Həyatımın son 20-25 ilini qoraxaraq yaşamışam: şeytan məni aldadar, pis insanlara rast gələrəm.

Vaxtilə sevmişəm. İlk əvvəl insanda inam olmalıdır. Qarşı tərəfdə sevgi balansı sənə yaxın olmadısa, atəşin sönəcək. Əvvəl ürək insanı idim, ağıla qulaq asmırdım. Deyirdim, "Eşqimi sönməyə qoymayacam". Nə oldu? İndiyənə qədər də gözləyirəm. Həmin insanın ailəsi, övladları, qəşəng... Hə, sən hələ gözlə. Qarşı tərəfdə sənin inandığın nələrsə yoxdursa, eşq öləcək".



Şərh yaz