Axtarış...

Koronavirusun müalicəsində İNQİLABİ YENİLİK


Tailandlı həkim Uxandan gələn konoraviruslu xəstəni sağaldıb.

CNN-in xəbərinə görə, Kriangsak Atipornvaniç adlı həkim 71 yaşlı xəstəni İİV (HİV) və qrip müalicəsində istifadə edilən dərmanları qarışdıraraq müalicə edib.
Xəbərdə bildirilir ki, xəstənin vəziyyəti müalicədən 48 saatdan sonra yaxşılaşmağa başlayıb.

Eyni zamanda, ABŞ-da “Sağlamlıq İnistitutu”nun “Beynəlxalq Allergiya və İnfeksiya Xəstəlikləri” bölümünün başçsı Antoni Fauci hazırda koronavirusun müalicəsi üçün təsdiqini almış hansısa dərmanın olmadığını açıqlayıb.

Bundan əlavə, Pekində koronavirus aşkar edilən xəstələrə İİV-in müalicəsində istifadə olunan dərmanların verilməsi məlum olsa da, həmin dərmanların xəstələri sağaltması hələlik dəqiqləşməyib.


Daha çox xəbər

Şərh yaz