Axtarış...

Betonqarışdıran maşının aşması nəticəsində xəsarət alan şəxsin kimliyi bilindi - YENİLƏNİB



Şəmkirdə baş vermiş yol qəzasında xəsarət alan şəxsin kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, bu, 1976-cı il təvəllüdlü İbarahimov Elçin Məstan oğludur.



20:00

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Qazax magistral yolunun rayonun Dələrcəyir kəndindən keçən hissəsində “KamAZ” markalı betonqarışdıran maşın minik maşını ilə toquşub.

Qəzadan sonra betonqarışdıran maşın digər avtomobilin üstünə aşıb. Minik maşınının sürücüsü xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz