Axtarış...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

Birləşmiş Ştatlar cümə axşamı İrana qarşı sanksiyaların müddətini uzadıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilən sənədlərdə bildirilib.

Sanksiyaların İranın Atom Enerjisi Təşkilatına və onun rəhbəri Əli Əkbər Salehiyə qarşı şamil olunacağı qeyd edilib.

Ümumi qaydalara görə, təşkilatın ABŞ-dakı aktivləri dondurulur.



Şərh yaz