Axtarış...

Milyarderin oğlu kirayədə yaşayır, metrodan istifadə edir - FOTO



Rusiyalı milyarder Mixail Fridmanın oğlu Aleksandr Fridman öz sadə həyat tərziylə gündəmə gəlib.

Redaktor.az bildirir ki, A. Fridman “Bloomberg”ə müsahibəsində qeyd edib ki, o, Mosva ətrafında tutduğu kirayə mənzildə yaşayır və ictimai nəqliyyatdan, xüsusən metrodan istifadə edir.

Qeyd edək ki, Mixail Fridman öz sərvətini müxtəlif təyinatlı fondlara bağışlamağı planlaşdırır. Oğlu milyarder atasından sərvət istəmədiyini mediaya açıqlayıb.

Milyarderin oğlu kirayədə yaşayır, metrodan istifadə edir - FOTO


Daha çox xəbər

Şərh yaz