Axtarış...

"Unibank"dan ölkə rəhbərliyinə şikayət olundu - "...başqa yolum qalmayıb"



Bakı şəhəri, Binəqədi rayonu, Hökməli kəndi, Yeni Yaşayış massivində yaşayan Abbasquliyev Eldar Mürşüd oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Yazıb Sizə bildirirəm ki, “Unibank” ASC-nin qanunsuzluğu və özbaşınalığı ilə üz-üzə qalmışam. Belə ki, 29.11.2014-cü il tarixdə mənimlə “Unibank” arasında bağlanmış 6213nkXRD/14 saylı kredit müqaviləsinə əsasən 5000 ABŞ dolları məbləğində kredit götürmüşəm. Həmin krediti Sizin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərman verilənədək hər ay vaxtlı-vaxtında qrafikə uyğun ödəmişəm. Fərman verildikdən sonra mənə də kompensasiya hesablanmış və bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytında məlumat yerləşdirilmişdir. Həmin məlumata əsasən mənə cəmi 3361.58 manat kompensasiya hesablanmışdır. Lakin “Unibank” ASC rəhbərliyi Prezident Fərmanını qulaqardına vuraraq bu günə qədər mənə çatmalı olan kompensasiyanı ödəməkdən qəti şəkildə imtina edir. Ona görə də Sizə müraciət etməkdən başqa yolum qalmayıb.

Möhtərəm cənab Prezident!

Xahiş edirəm “Unibank” ASC-nin bu qanunsuzluq və özbaşınalığına son qoyulması və mənə düşən kompensasiyanın tam şəkildə ödənilməsi üçün göstəriş verəsiniz". //teref.az//


Daha çox xəbər

Şərh yaz