Axtarış...

Dizaynerlər arasında müsabiqə elan olunub



“Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerləri arasında müsabiqə elan edib.

AZƏRTAC xəbər verir ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir.

10 dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan yeganə layihəyə Mədəniyyət Nazirliyi də dəstək verir.

Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib. 18 münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə, İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər: Brendinq, qablaşdırma dizaynı, illustrasiya, veb dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

Layihənin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400 nəfərdən artıq dəvətlinin qarşısında canlı şəkildə elan olunacaqlar.

Finalçılara “Azerbaijan Design Award” və Mədəniyyət Naziliyi tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, layihədə iştirak etmək istəyənlər www.azerbaijandesignaward.com ünvanında qeydiyyatdan keçə bilərlər.


Daha çox xəbər

Şərh yaz