Axtarış...

YAP-ın köhnə deputat heyəti HƏYƏCANDA - Qapı-qapı gəzirlər...

YAP-ın köhnə deputat heyəti HƏYƏCANDA - Qapı-qapı gəzirlər...


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı namizədlərin təbliğat və təşviqat kampaniyası davam edir.
Yenisabah.az xəbər verir ki, kampaniyada diqqətçəkən məqamlardan biri də hakim Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin fəallığıdır. Məlumat üçün deyək ki, YAP 123 dairədən namizəd irəli sürüb. Onlardan 48 nəfəri “köhnələr”dir, yəni, Milli Məclisin hazırki tərkibində yer alanlardır.

Bundan əvvəlki parlament seçkilərində bir neçə nəfər istisna olmaqla YAP-ın namizədləri ya ümumiyyətlə, kampaniya aparmayıblar, ya da çox sönük şəkildə təbliğatla məşğul olublar. Onların əvəzinə YAP-ın yerli təşkilatları və yerli qurumlar seçicilərlə işləyiblər. Bu dəfəki seçkilərdə isə hakim partiyanın namizədləri şəxsən təbliğat və təşviqat kampaniyası ilə məşğul olur, birbaşa seçicinin ayağına gedir və onlardan səs istəyir.

Hətta bəzi namizədlər seçicilərin narazılığı ilə qarşılansa da, kampaniyadan geri çəkilmir. Bu sıraya xüsusilə YAP-ın “köhnələr”i daxildir.

Hakim partiyanın namizədlərinin qapı-qapı gəzməsi bəzi mülahizələrə səbəb olub. Belə ehtimallar səsləndirlir ki, bu dəfəki seçkilərin əvvəlkilərdən fərqli formada keçiriləcəyi YAP-ın namizədlərin də diqqətinə çatdırılıb və onlardan seçicilərlə işləmək tələb olunub.

Hətta iddia olunur ki, xüsusilə hazırki deputatlardan bəziləri seçicilərin səsini qazanmayacağı halda parlamentdən kənarda qala bilər.

Yenisabah.az


Daha çox xəbər

Şərh yaz