Putin təcili iclas keçirib

Putin təcili iclas keçirib


Putin təcili iclas keçirib – FOTO
İclasda ölkənin sosial-iqtisadi vəziyyət müzakirə edilib.

Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili iclas keçirib.

MİLLİTV.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytında məlumat yayılıb.

Məlumata görə, iclasda ölkədə mövcud olan sosial-iqtisadi vəziyyət, eləcə də dövlət başçısının yaxın günlər planlaşdırılmış beynəlxalq görüşləri müzakirə edilib.

Görüşdə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, federal təhlükəsizlik xidmətinin direktoru Aleksandr Bortnikov, xarici kəşfiyyat xidmətinin direktoru Mixail Fradkov iştirak edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bu gün Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşündə iştirak edəcək. Bu formatda görüş ilk dəfədir keçirilir. Sammitdə Putinin İlham Əliyev və Həsən Ruhani ilə ikitərəfli görüşləri də baş tutacaq.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
Mədəniyyət