Axtarış...

Klubu "Qarabağ"ın alacağı futbolçunun harada olduğunu bilmir



“Kordoba"nın idman direktoru Alfanso Serrano bu mövsümün ilk hissəsini komandada icarə əsasında çıxış edən Ovusu Kvabena haqda danışıb.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, "Qarabağ"ın transfer etmək istədiyi və müqavilə ilə "Leqanes"ə məxsus olan qanalı hücumçunun harada olması ilə bağlı sualı belə cavablandırıb: "Ovisinin harada olduğunu həqiqətən də bilmirəm".

Qeyd edək ki, O.Kvabenanın "Kordoba"nın düşərgəsini icazəsiz tərk etdiyi və Madrid getdiyi bildirilib. 22 yaşlı oyunçunun Ağdam klubu ilə müqavilə imzalamaq üçün bu addımı atdığı vurğulanıb.

Əldə etdiyimiz xəbərə görə, Alfanso Serrano ilə “Qarabağ” arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir. Futbolçunun qısa zamanda Antalyada “Qarabağ”ın düşərgəsinə qoşularaq Ağdam klubu ilə müqavilə bağlayacağı gözlənilir.



Şərh yaz