Axtarış...

Danimarkada qeyri-adi yaşayış məntəqəsi tikiləcək




Danimarkanın paytaxtı Kopenhagendə bütün binaları taxtadan olan yaşayış məntəqəsinin tikintisi planlaşdırırlır.

“Lenta.ru” xəbər verir ki, bu ekoloji cəhətdən sağlam layihəni yerli memar Henninq Larsen tərtib edib.

Burada ən azı yeddi min insanın yaşaması nəzərdə tutulur.

Layihəyə əsasən, binalar çoxmərtəbəli olmayacaq.

Qeyd etmək lazımdır ki, məntəqə şəhərin kənarında yerləşən keçmiş zibilliyin yerində qurulacaq.


Daha çox xəbər

Şərh yaz