Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT



Milli Məclis deputatlığına namziədliyi qeydə alınmış bəzi seçkilərin Azərbaycan qanunvericiliyinə qarşı hörmətsiz yanaşmasıl təəssüf doğurur. İndidən ölkə qanunlarını heçə sayan adam deputat seçilərsə, o, qaunun yaradıcılığı işinə hər hansı bir töhfə verə bilərmi? Əlbəttə ki, yox!

Söhbət 35 saylı Xətai üçüncü seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatlığına namizəd Rauf Fizuli oğlu Əzizovdan gedir.

Gördüyünüz bu şəkli adı çəkilən namizəd facebook.com sosial şəbəkəsində yaratdığı fan səhifəsində paylaşıb.
Daha bir namizəd seçki qanununu açıq şəkildə pozdu - FOTOFAKT

Seçkiqabağı təşviqat xüsusiyyətlərini əks etdirən bu çağırış posteri ilə seçkiqabağı təbliğata erkən start verib. Halbuki, Seçki Məcəlləsinin imperativ tələbi var ki, seçkiqabağı təşviqat və təbliğat kampaniyasına səsverməyə 23 gün qalmış başanılır bu tarix yanvarın 17-nə düşür.

Məsələnin diqqəti çəkən tərəfi isə 35 saylı seçki dairəsində fəaliyət göstərən dairə seçki komissiyasının bu qanun pozuntusu ilə bağlı hərəkətsizlik nümayiş etdirməsidir. Əcəba, DSK-nın marağı nədir ki, seçki qanunvericiliyinə qarşı hörmətsizlik edən şəxsin qeyri-hüquqi addımlarına göz yumur?

pia.az
Oxşar xəbərlər
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət