Axtarış...

"Deyirlər, bunlar da sevgilidir"



"Duet ortaqları arasında bəzən başqa münasibət də olur. Əsasən də sevgi münasibətləri yaranır. Bizə də sosial şəbəkədə bu haqda yazırlar".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam "Şou ATV" verilişində deyib. Duet ortağı, Əməkdar artist Vasif Məhərrəmli ilə proqramda qonaq olan sənətçi sosial şəbəkədə ünvanlarına yazılan tənqidlərdən bəhs edib.

Vasif isə İnstaqramda izləyicilərin onlara yazdığı "Sevgilidilər" sözlərinə cavab verib:

"Yazırlar ki, bunlar da sevgilidir da. Daha bəsdirin, etiraf edin, qurtarsın. Biz dostuq. Xatirənin anası deyir ki, bir problemin olanda, Vasifə zəng et. Bizim duet ortaqlığımız bitə bilər. Amma dostuq və buna xələl gələ bilməz".

Xatirə isə "20 ildir dostuq" deyərək, əlavə edib.



Şərh yaz