Axtarış...

Zakir Fərəcovla bağlı Prezidentə müraciət



Cənab Prezident !



Bir neçə gün əvvəl mətbuatda, sosial şəbəkədə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun müklərinin, restoran və obyektlərinin, mənzillərinin, villalarının, şirkətlərinin və s siyahısı dərc olunub yayılmışdı.

Qarşı tərəf də bunu təkzib etmədi.

Xırda bir arfimetik hesablama ilə Fərəcovun sərvətinin 100 milyonlar olduğu bəlli olur.



Cənab Prezident !



Əmək fəaliyyətinə fəhlə, texnik kimi başlayan və JEK-də işləyən, bələdiyyə sədri, sonra icra başçısı olan, yəni dövlət qulluğunda çalışan, dövlətdən müəyyən məbləğdə əməkhaqqı alan Zakir Fərəcov son 15-20 ildə 100 milyonlarla sərvətə necə sahib olub ?



Axı, cənab Zakir Fərəcov biznesmen deyil, iş adamı, sahibkar, fermer deyil.

Və həmişə dövlət qulluğunda çalışan Zakir Fərəcovun sahibkarlıq-biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağandır.

Onda sual olunur ki, bu boyda sərvəti Zakir Fərəcov hansı yolla əldə edib ?



Cənab Prezident !



Bəlkə, Zakir Fərəcov xəzinə tapıb..?



Bəlkə, babasından “qızıl küp” qalıb..?



Cənab Prezident !



Bəlkə, Zakir Fərəcov hansısa kəşf edib, patent qazanıb, ixtira edib..?

Heç bizneslə də, elmi kəşflə, ixtira ilə də bu boyda sərvət qazanmaq mümkün deyil.



Bəs onda bu milyonların mənbəyi nədir, möhtərəm Prezident ?



Cənab Prezident !



Mən kiminsə pulunu saymaq fikrində deyiləm.



Bu yerdə böyük türk şairi Nazim Hikmətlə bağlı bir hadisə yadıma düşür.



Kommunist olduğu üçün Türkiyədə polis tərəfindən izlənən Nazim Hikməti bir gün jandarma yaxalayır. Və görür ki, şair yumşaq yataqda dincəlir. Jandarma soruşur: “Paşa nəvəsi, üzv olduğun kommunist firqəsi BƏRABƏR-likdən danışır...bəs sən burda yumşaq, təmiz yataqda dincəlirsən, firqədaşlarını isə həbsxanalarda BİT-BİRƏ basıb yeyir”...

Nazim Hikmət deyir ki, cənab komutan, mən BİT-BİRƏ-nin BƏRABƏR-liyindən deyil, ZƏNGİN-liyin BƏRABƏR-liyindən danışıram və istəyirəm ki, hamımız zəngin olaq...



Bəli, möhtərəm Prezident !



Mən Zakir Fərəcovların, Çovdarovların pullarını saymaq fikrində deyiləm. Və çox istəyirəm ki, insanlarımızın hamısı Nazim Hikmət demikşkən, zəngin olsunlar.

Amma bu zənginlik halal, qanuni yolla olmalıdır. Oğurluq, quldurluq, korrupsiya yolu ilə deyil.



Möhtərəm Prezident !



Həmişə deyirsiniz ki, Sizdən bir çox məlumatları gizlədirlər və dürüst informasiya üçün mətbuatdan kömək istəyirsiniz.



Cənab Prezident !

Xalqdan və dövlətdən oğurlanan pulların xalqa qaytarılması üçün biz hər zaman Sizə dəstək verməyə hazırıq.



Hörmətlə,



NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli



Şərh yaz