Serbiya "Türk axını"ndan ildə 200 mln. dollara yaxın gəlir əldə edəcək

\
Serbiyanın “Türk axını” qaz boru kəməri ilə Rusiya qazının tranzitindən illik gəlirləri 185 mln. ABŞ dolları təşkil edəcək.

Millitv.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

Onun sözlərinə görə, Serbiyaya ildə 13 mlrd. kubmetr qaz daxil olacaq ki, bunun 3 mlrd. kubmetri ölkədə qalacaq, 10 mlrd. kubmetri isə başqa ölkələrə tranzit ediləcək.

Xatırladaq ki, yanvarım 8-də Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan "Türk axını" boru kəməri istismara verilib. Açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Qeyd edək ki, "Türk axını" layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir.//Apa.az
Oxşar xəbərlər
«    Январь 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət